Oqtay Əsədov sabah İrana gedir
Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilatı məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları nəzərdə tutulmuşdur.
Əvvəlcədən xəbər verildiyi kimi, təşkilatın daimi komitələri artıq öz işinə başlayıb. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu tədbirlərdə iştirak edirlər.
Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcəkdir.
Səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Anar RÜSTƏMOV