“Azərsu” Yasamalın su probleminə aydınlıq gətirdi
AzVision.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin məqalədə kökündən yanlış və ictimaiyyəti çaşdıran məlumatlar yer alıb.
“Müəllif Nüşabə Fətullayeva iddia edir ki, axır ki, 2010-cu ilin sonlarında çoxlarının gözlədiyi an yetişdi – Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Açılış mərasimində paytaxt – Bakı sakinlərinin 75 faizinin içməli su ilə aramsız təmin olunacağı vəd edildi. O vədlərdən 3 il ötür. Oğuz-Qəbələ-Bakı kəmərinin suyu hələ nə paytaxtın çevrəsindəki kənd və qəsəbələrə çatıb, nə də şəhərin mərkəzinə. Təkcə Korgöz qəsəbə sakinlərindən su problemlərini işıqlandırmaq üçün AzadlıqRadiosuna ildə, azı, 4-5 dəfə müraciət gəlir. Rəsmilər hər dəfə «su problemi çözüləcək» desələr də, nəticə yoxdur”.
Açıqlama da bildirilir ki, TNüşabə Fətullayeva material hazırlayarkən reallığı araşdırmağa cəhd göstərməyib. Göstərsəydi ən azından “Azərsu” ASC-nin də mövqeyini öyrənərdi.
Oğuz-Qəbələ-Bakı kəməri ilə hazırda Bakı şəhərinə saniyədə 4,1 kubmetr su ötürülür. Azadlıq radiosunun ofisinin yerləşdiyi binanın (Caspian Plaza biznes mərkəzi) da daxil olduğu Yasamal rayonu Oğuz suyu alır. Bu kəmərin imkanları hesabına Bakı şəhərinin 78 %-i, o cümlədən Yasamal rayonunun 80 %-dən çoxu 24 saat keyfiyyətli su ilə təmin edilir.
Mirvari