Deputat beynəlxalq tədbirlərdə iştirak edəcək

Deputat beynəlxalq tədbirlərdə iştirak edəcək
  18 Fevral 2014    Oxunub:1087
Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Asiya siyasi partiyalarının beynəlxalq konfransında iştirak etmək üçün fevralın 18-dən 24-dək Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olacaq.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, deputat səhiyyə ilə bağlı məsələlərə həsr olunan tədbirdə çıxış edəcək.

Fevralın 24-də isə Musa Quliyev Türkiyəyə yola düşəcəkdir. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin audit və büdcə komissiyasının İstanbulda keçiriləcək növbəti iclasında iştirak edəcək.


Teqlər:





Xəbər lenti