Binəqədi sakinləri prezidentə məktub yazdı
Sizin diqqət və qayğınız sayəsində 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində bu qəsəbələrdə bir sıra sosial obyektlər, məktəblər, tibb müəssisələri, yollar tikilmiş, işıq, su, qaz təchizatı məsələləri həll olunmuş, görülən işlər bütövlükdə ölkəmizin iqtisadiyyatının inkişafına təsir göstərmiş, Azərbaycanın regionda ən böyük potensiala malik ölkə olduğu bir daha sübuta yetirilmişdir. Biz əminik ki, həmin proqramın icrasının başa çatması ilə əlaqədar olaraq, növbəti illər üçün yeni proqramın qəbul edilməsi nəticəsində quruculuq işləri uğurla davam etdiriləcək, Bakı və onun qəsəbələrində bütün problemlər həll ediləcəkdir.
Hörmətli cənab Prezident, görülən tədbirlər 2003-cü ildə yaradılmış 28 May qəsəbəsini də əhatə etmişdir. Son illərdə burada böyük abadlıq işləri aparılmış, yol kənarlarında yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar və gül kolları əkilmiş, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılmışdır. Qəsəbə ərazisində gözoxşayan mənzərələrin yaradılması burada yaşayan sakinlər tərəfindən böyük sevinclə qarşılanır.
Möhtərəm Prezident, ölkəmizdə, o cümlədən Binəqədi rayonunun 28 May qəsəbəsində həyata keçirilən bütün quruculuq-abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni nailiyyətlər və cansağlığı arzu edirik”.
AzVision.az
Teqlər: