Soydaşlarımız biznesmeni oğurlamaq istədi

Soydaşlarımız biznesmeni oğurlamaq istədi
  11 Fevral 2013    Oxunub:2060
Moskvada yaşayan bir neçə azərbaycanlı cinayətkar rusiyalı iş adamını oğurlamağa cəhd göstərib. Çox keçmədən qruplaşma ələ keçirilib, iş adamı isə azad olunub.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyə Moskvada oğurluq və quldurluqla məşğul olan cinayətkar qruplaşma haqqında məlumat daxil olub. Moskva polisi qruplaşmanın izinə düşüb və həbs qəti imkan tədbiri seçilib.

Ötən gün cinayətkarlar Moskva bazarlarından birində meyvə-tərəvəz biznesi ilə məşğul olan bir iş adamını oğurlamağa cəhd göstərib. Yaşadığı evdən çıxan iş adamı “Qazel” markalı avtomaşına tərəf yollanarkən üç nəfər ona hücum edib. İş adamının ayağından vuran cinayətkarlar onu zorla maşına otuzdurub. Zərərçəkmişin 70 min rublu, avtomobil və evinin açarları və sənədləri götürülüb.  İş adamının saxlandığı “Qazel” və daha iki maşın hadisə yerindən uzaqlaşıb, rusiyalı girov isə möhkəm döyülüb.

İşıqforu qırmızı işıqda keçən qruplaşma xüsusi təyinatlılar tərəfindən saxlanılıb və girov azad edilib. Saxlanılanlar üzərində aparılan axtarış zamanı kiçikçaplı, beş gülləli tapançalar, travmatik və pnevmatik silahlar aşkarlanıb.


Teqlər:  





Xəbər lenti