Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ləğv edildi

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ləğv edildi
  07 Mart 2014    Oxunub:1532
Prezidenti İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam verib.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Prezidentin digər sərəncamı ilə Əli Məhəmməd oğlu Abbasov rabitə və yüksək texnologiyaları naziri təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti