Konqresmen `Xocalı` ilə əlaqədar bəyanat yaydı

Konqresmen `Xocalı` ilə əlaqədar bəyanat yaydı
  08 Mart 2014    Oxunub:1037
ABŞ konqresmeni Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat verib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, konqresmen Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat verib.

B.Şuster Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib və bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını bildirib.

Konqresmen bəyanatında Azərbaycanın ABŞ-ın güclü strateji müttəfiqi olduğunu xüsusi vurğulayıb.


Teqlər:





Xəbər lenti