Tovuzda tutulan erməni Mamikonun tanışı çıxdı

Tovuzda tutulan erməni Mamikonun tanışı çıxdı
  08 Mart 2014    Oxunub:1280
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfə keçən erməni haqda məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan deyib ki, həmin şəxs hərbçi deyil. Qeyd edək ki, ötən gün günorta saatlarında Tovuz rayonunda erməni saxlanılıb.

Anspress-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanın adı Arsen Xocayandır. O, 1991-ci ildə anadan olub. Erməni mətbuatı yazır ki, Arsen Xocayan bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində saxlanılan Mamikon Xocayanın kəndçisidir.

Ermənistan müdafiə nazirliyindən yerli mətbuata verilən açıqlamada isə bildirilir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşı əsgər olmayıb, mülki şəxsdir.


Teqlər:  





Xəbər lenti