Əsgərimiz xəsarət alıb

Əsgərimiz xəsarət alıb
  10 Mart 2014    Oxunub:1334
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu xəsarət alıb.
Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə sağ əlinin üç barmağını itirən əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, E. Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Teqlər:  





Xəbər lenti