Nazir həmsədrlərlə görüşüb

Nazir həmsədrlərlə görüşüb
  11 Mart 2014    Oxunub:1048
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib.
APA-nın məlumatına görə, görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcəklər.


Teqlər:  





Xəbər lenti