Qardaş ölkə ilə sərhəddə yeni məntəqə

Qardaş ölkə ilə sərhəddə yeni məntəqə
  15 Mart 2014    Oxunub:909
Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni "Dilucu" nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin tikintisi bu ilin sonuna başa çatmalıdır.

H.Yazıcının fikrincə, yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təkcə iki ölkənin deyil, həmçinin bütün regionun iqtisadiyyatına öz töhfəsini verəcək.


Teqlər:





Xəbər lenti