Azərbaycanlı deputat fransız həmkarını pərt etdi

Azərbaycanlı deputat fransız həmkarını pərt etdi
  15 Mart 2014    Oxunub:932
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin növbəti toplantısı keçirilib.
Komitə üzvləri gündəliyə çıxarılan “Qaçqınlar və iş hüququ”,
“Miqrantların cəmiyyətə inteqrasiyası”, “Miqrantların gizli yolla kütləvi şəkildə İtaliyaya gəlişi”, “Miqrantların diaspora təşkilatlarında demokratik iştirakı” və sair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Avropada qaçqın və məcburi köçkün problemi ilə bağlı çıxış edən Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Assambleyada Fransa-Ermənistan parlamentlərarası işçi qrupunun sədri Rene Ruke nədənsə çıxışında yalnız Gürcütanda qaçqın və məcburi köçkünlərin vəziyyəti baradə məlumat verib, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından silah gücünə, zorla çıxarılaraq öz vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan artıq azərbaycanlının vəziyyətindən danışmayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev ermənipərəst fransalı deputatın çıxışına münasibət bildirib, azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin məruzəyə daxil edilməsini dəfələrlə qaldırdığını xatırladıb və bu məsələnin məruzədə öz əksini tapmasını yenidən təklif edib.

R. Rzayevin haqlı iradı komitə üzvləri tərəfindən dəstəklənib və azərbaycanlı qaçqın və məscburi köçkünlərlə bağlı məsələnin gələcəkdə məruzədə əksini tapması qərara alınıb.

Komitənin növbəti iclasının may ayında Bakıda keçiriləcəyi diqqətə çatdırılıb.(AzərTAc)



Teqlər:





Xəbər lenti