Hərbçilərimiz Parisdə təlim keçəcək

Hərbçilərimiz Parisdə təlim keçəcək
  15 Mart 2014    Oxunub:1073
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Nürnberq şəhərində (Almaniya) Azərbaycan-ABŞ işçi qrupunun görüşü, martın 17-dən martın 21-dək Paris şəhərində (Fransa) Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti