Anar Nağılbaz: “Hüseynin ölümünə çox pis oldum”

Anar Nağılbaz:  “Hüseynin ölümünə çox pis oldum”
  15 Mart 2014    Oxunub:3367
“Allah araqarışdıran jurnalistlərin də cəzasını versin”
“Bu dəqiqə bir xəbər eşitdim,inanmaq istəmirəm Vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik!”. AzVision.az xəbər verir ki, bu sözləri məşhur reper Anar Nağılbaz Hüseyn Dəryanın ölüm xəbəri ilə bağlı Facebook səhifəsində yazdığı statusda deyib.

O, bu xəbərin onu çox üzdüyünü bildirib:

“Qardaşlarım,bacılarım! Bu dəqiqə bir xəbər eşitdim,inanmaq istəmirəm vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin! Allah qıcıqlandırıb düzgün olmayan fikirləri formalaşdıran,araqarışdıran jurnalistlərin də cəzasını versin inşaallah! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm,çalışmışam bacardığım qədər kömək dəstək olum,qalmaqalları öz adıma yazıb onu bu yola qızışdıranlardan uzaq edim. Vallah çox pis oldum! Allah mərdüməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin Hüseyn! Sən AzRepə öz töhfələrini verdin”

AzVision.az


Teqlər:  





Xəbər lenti