Millət vəkilləri və digər qonaqlar naziri müşayiət ediblər
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Mersin vilayətində iştirak etdiyi bir tədbirdə saz çalaraq oxuyub. Əvvəlcə sənətkar, kəndli və tələbələrdən ibarət xalq xorunun konsertinə tamaşa edən nazir daha sonra sazı götürərək “Çərşənbəyi sel aldı” mahnısını ifa edib. Tədbirdə olan millət vəkili Nəbi Bozqurd, Mut bələdiyyə sədri Murad Orxan və s. qonaqlar da ona qoşulublar.