AK sədrinin Trampa səmərələşdirici təklifi

   AK sədrinin Trampa    səmərələşdirici    təklifi
  09 Noyabr 2024    Oxunub:798
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ-nin yeni prezidenti seçilən Donald Trampa Avropa bazarında Rusiyanın mayeləşdirilmiş təbii qazını Amerika qazı ilə əvəzləməyi təklif edib.

AzVision.az xəbər verir ki, Ursula fon der Lyayen Donald Trampa təklifini “Avropa əvvəlki kimi hələ də Rusiyadan böyük həcmdə mayekəşdirilmiş qaz alır” ifdəsi ilə müşayiət edib.

“Niyə bunu bizim üçün daha ucuz olan və enerji qiymətlərimizi aşağı salan Amerikanın maye qazı ilə əvəz etməyək”, - Almaniyanın “Deutsche Welle” nəşri Ursula fon der Lyayendən sitat gətirir.

AK-nin rəhbəri jurnalistlərlə söhbətində Brüssel və Vaşinqton arasında “ümumi maraqlar” ətrafında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. Von der Lyayen bildirib ki, Trapla noyabrın 7-də telefon danışığında bu mövzunu qaldırıb. Onun fikrincə, ABŞ-dən maye qaz tədarükünün genişləndirilməsi məsələsi Aİ-nin Vaşinqtonla ticarət profisiti ilə bağlı kontekstdə də müzakirə oluna bilər.

Qeyd edək ki, sentyabrın sonunda Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Birliyin istehlak etdiyi bütün qazın yalnız 15 faizini Rusiyadan aldıöını və planlaşdırıldığı kimi, yaxın gələcəkdə ondan tamamilə imtina etməyə hazır olduğunu açqılayıb

- Rusiyadan asılılığımız 2021-ci ildəki 45 faizdən keçən il 15 faizə qədər azalıb”, - Simson vurğulayıb.

Bu müstəvidə AK sədrinin Ameriak qazının Rusiya qazından ucuz olamsı barədə ən azı təəccüblü səslənir. Belə ki, bir sıra Avropa ölkələrinin liderləri, hətta Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel dəfələrlə Rusiyanın ucuz qazından ABŞ-nin daha bahalı maye qazına keçidin Avropa iqtisadiyyatının vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırdığını dəfələrlə vurğulayıblar.

Maraqlıdır ki, bunun ən ağır bədəlini isə Ursula fon der Lyayenin vətəni oln Almaniya iqtisadiyyatı ödəyir. Amma, görünür, onun şəxsi və siyasi maraqlarının Almaniyanın və Aİ-nin maraqları ilə üst-üstə düşməsi xanım Lyayen üçün heç də əsas şərt deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Lalyen   qaz  





Xəbər lenti