Tramp İsrail və Ukrayna ilə bağlı siyasəti dəyişir

   Tramp İsrail və Ukrayna ilə bağlı siyasəti dəyişir
  09 Noyabr 2024    Oxunub:726
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp artıq Vaşinqtonun əsas sahələr - Ukrayna və İsrail üzrə siyasətini formalaşdırmağa başlayıb.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi Donald Trampın əvvəlki prezidentliyi dövründəki administrasiyasının keçmiş məmuruna istinadən Trampın sələfindən daha sərt olmaq düşüncəsindən faydalanacğını bildirib. Onun sözlərinə görə, ABŞ-nin düşmənləri davranışlarını vaxtından əvvəl dəyişə bilər.

“Bəziləri Vaşinqtonun potensial qisas təhlükəsi səbəbindən daha təmkinli olur, digərləri isə prezident Co Bayden vəzifədən getməzdən əvvəl onun qalan təsir imkanlarından istifadə etməyə çalışacaq. Amerika siyasətindəki ən kəskin dəyişiklik Ukraynada hiss olunacaq”, - mənbəyə istinad edən “Bloomberg” yazır.

Agentlik xatırladır ki, Tramp, təfərrütaları açıqlamasa da, seçki kampaniyası zamanı bir neçə dəfə Rusiyanın Ukraynaya qarşı müharibəsini hələ vəzifəyə başlamazdan əvvəl sona çatdıracağını vəd etmişdi. Nəşrin mənbələri bu həftə Trampın “Tesla” şirkətinin baş direktoru, milyarder İlon Maskın da iştirakı ilə Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildiriblər.

Qeyd edək ki, İlon Mask əvvəllər Ukraynanın Rusiyanın ələ keçirdiyi ərazilər uğrunda döyüşməkdən imtina etməsini nəzərdə tutan həll yolunu mümkün sayıb. Rəsmi Kiyev isə ərazi güzəştlərini rədd edir və müharibənin sona çatmasının yalnız prezident Vladimir Zelenskinin “sülh düsturu” əsasında mümkün olduğunu bildirir.

- İsrailə gəlincə, bu ölkə Trampın prezidentliyindən hamıdan çox faydalanacaq. Baş nazir Benyamin Netanyahu respublikaçının köhnə müttəfiqdir və hazırkı ABŞ hakimiyyəti Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa çağırdıqları üçün Baydenlə münasibətləri gərginləşib. Tramp artıq açıq şəkildə bəyan edib ki, o, İrana mümkün zərbələr hazırlamaqda İsrailə “daha çox fəaliyyət azadlığı” verəcək, xüsusən də Tehran nüvə doktrinasını dəyişməyə qərar verəcəyi halda”, - agentlik vurğulayır.

Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib
Xatırladaq ki, noyabrın 7-də “The Wall Street Journal (WSJ)” qəzeti Trampın müşavirlərinin Moskva ilə Kiyev arasında müharibəyə son qoymaq planını nəzərdən keçirdiklərini iddia edib. Materialda cəbhə xəttinin dondurulması, hərbisizləşdirilmiş zonanın yaradılması və davamlı silah təchizatı qarşılığında Ukraynanın 20 il müddətinə NATO-ya üzvlükdən imtina etməsinin nəzərdə tutulduğu bildirilir. Lakin Volodumir Zelenskinin ofisi iddianı saxta adlandırıb, yeri gəlmişkən, Kreml də buna şübhə ilə yanaşır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İsrail   Ukrayna  





Xəbər lenti