Kəmaləddin Heydərov Həsən Ruhani ilə görüşdü
AzVision.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə İran arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən İran dövlətinin başçısı bildirib ki, onun ölkəsi qonşu dövlətlər, o cümlədən Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırıb və prezidentlərin səylərinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.