MN-dən əsgərlərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama

MN-dən əsgərlərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama
  16 Mart 2014    Oxunub:964
Azərbaycan hərbçilərinin sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama.
Müdafiə Nazirliyindən hərbi hissələrdə hərbi qulluqçuların sağlamlıqlarına diqqətin artırılması və onların dərman preparatları ilə təmin edilməsi ilə bağlı açıqlama veriblər.

AzVision.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, hərbi qulluqçulara tibbi yardımın göstərilməsi, onların müalicəsi, əmək və döyüş qabiliyyətlərinin bərpa olunması istiqamətində qoşunların tibbi təminatı tədbirləri tam həcmdə və yüksək səviyyədə aparılır.

“Hərbi qulluqçulara vaxtlı-vaxtında tibbi yardım göstərilir, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət olunur”,- deyə Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.


Teqlər:  





Xəbər lenti