Azərbaycanda yəhudilər əsgər getmir? – rəsmi AÇIQLAMA

Azərbaycanda yəhudilər əsgər getmir? – rəsmi AÇIQLAMA
  17 Mart 2014    Oxunub:1735
Azərbaycanda yaşayan yəhudi əsilli vətəndaşların hərbi xidmətə getməməsi haqda müxtəlif məlumatlar yayılıb.

Hətta yerli sakinlər arasında gəzən söz-söbhətlərə görə, onlar ordu sıralarına çağırılmalarına baxmayaraq hərbi xidmətdən imtina edirlər. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərdik.

Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bu xəbərlərin yalnış olduğu bildirilib. Qeyd edilib ki, bu məlumat tam olaraq yanlışdır və onun heç bir əsası yoxdur.

“Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri, heç bir istisna qoyulmadan, qanunvericilikdə müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər. Bu ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasının “Vətəni müdafiə” maddəsi ilə təsbit edilib. Belə ki, 76-cı maddədə göstərilir ki, “Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər”. Eyni zamanda “Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu”nun 11-ci “Vətəndaşların vəzifəsi” maddəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququ və borcudur. Bu məqsədlə hərbi vəzifə müəyyən edilir və həmin vəzifənin həyata keçirilməməsi qanunvericiliyə müvafiq qaydada məsuliyyət doğurur”-deyə Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti