Elnur Aslanov işdən çıxarıldı - SƏRƏNCAM

Elnur Aslanov işdən çıxarıldı - SƏRƏNCAM
  17 Mart 2014    Oxunub:1149
Prezident İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bağlı sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə E.Aslanov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və “Azərbaycan” Universitetini bitirib.

1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib.

Prezidentin 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü, siyasi elmlər namizədi, 1-ci dərəcə dövlət müşaviridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti