Cəbhədə monitorinq keçiriləcək

Cəbhədə monitorinq keçiriləcək
  18 Mart 2014    Oxunub:1026
Təmas xəttində monitorinq keçiriləcək
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti