Azərbaycanın sələfi lideri nurçulardan danışdı

Azərbaycanın sələfi lideri nurçulardan danışdı
  18 Mart 2014    Oxunub:1464
“Bu gün elə ab-hava yaranıb ki, xüsusən sünni məzhəbinə aid olanlardan-kimin saqqalı varsa, vəhhabi olur dərhal, saqqalı yoxdursa nurçu olur” .
Bu sözləri AzVision.az-a açıqlamasında “Əbu Bəkir” məscidinin imam cüməsi, Azərbaycanlı sələfilərin lideri hacı Qamət Süleymanov son günlər gündəmdə olan nurçu qalmaqalına münasibət bildirərkən deyib.
Q.Süleymanov vurğulayıb ki, nurçuluğun bir hərəkat, bir təriqət kimi gündəmə gəlməsi, Türkiyədəki son hadisələrin Azərbaycana təsir göstərməsi ilə bağlıdır.

“Əqidə cəhətdən, təbii ki, nurçuluq biz sələfilər tərəfindən qəbul olunmur. Düşünürəm ki, nurçuluğun gündəmə gəlməsi Türkiyədəki hadisələrlə əlaqədardır. Amma bu gün Azərbaycanda problem təkcə nurçuluq deyil, xristianlığın, vəhhabiliyin baş alıb getməsi, xristianlığın başqa qolları və s.dir. Ona görə , nurçuluğun üzərində bu qədər durmağı düzgün hesab etmirəm. Yenə deyirəm ki, məhz nurçuların üzərində bu qədər dayanılması, Türkiyədəki hadisələrə görədir” .

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti