İran səfirindən bayram təbriki

İran səfirindən bayram təbriki
  19 Mart 2014    Oxunub:1182
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təbrik məktubunda bildirilir ki, Novruz bayramı region xalqlarının zəngin mədəniyyətinin nümunəsi kimi özünü göstərir.

"Ümid edirəm ki, İran və Azərbaycan xalqları arasında münasibətlər daha da möhkəmlənəcək", - təbrik məktubunda bildirilir.

İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyan səfir dövlətimizə və xalqımıza baş ucalığı və uğur arzulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti