Nazirlik işəgötürənləri 770 min cərimələdi

Nazirlik işəgötürənləri 770 min cərimələdi
  19 Mart 2014    Oxunub:954
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki mindən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
AzVision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar-fevral aylarında ayrı-ayrı müəssisələrdə 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub.

Aşkar olunmuş hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə ümumilikdə 770 850 manat məbləğində cərimə tətbiq edilib. Həmin məbləğin 232 281 manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin ilk iki ayına dair göstəricilərlə müqayisədə müvafiq olaraq təxminən 11, 5 dəfə və 17 dəfə çoxdur.
Bu istiqamətdə aparılan işlərin əsas məqsədi işəgötürənlərdə əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılmasıdır.


Teqlər:





Xəbər lenti