İlham Əliyev tunisli həmkarını təbrik etdi

İlham Əliyev tunisli həmkarını təbrik etdi
  19 Mart 2014    Oxunub:864
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Respublikasının PrezidentiMəhəmməd Monsef Mərzukiyə təbrik məktubu ünvanlayıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".


Teqlər:





Xəbər lenti