Azərbaycan ABŞ qadınlarının sammitində təmsil olundu

Azərbaycan ABŞ qadınlarının sammitində təmsil olundu
  20 Mart 2014    Oxunub:1020
Hyuston şəhərindəki Gənc qadınlar kollecinin nəzdində fəaliyyət göstərən Hazırlıq akademiyasında ABŞ qadınlarının sammiti keçirilib. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “Amerikanın müvəffəqiyyəti qadınların müvəffəqiyyətindədir” adlı bu sammit ABŞ Konqresi demokratlarının iştirakı ilə ABŞ Konqresinin üzvü Şila Cekson Li və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi tərəfindən təşkil edilib.

Sammitdə gündəlik həyatda qadınların iqtisadi problemləri və onların həlli strategiyası müzakirə olunub.

Sammit iştirakçıları əməyin ödənilməsində qadınların kişilərlə bərabər hüquqlara malik olması, qadınların həyatında iş ilə ailənin tarazlığı və qadınların keyfiyyətli səhiyyə sistemindən istifadə etməsi məsələlərini müzakirə ediblər. Hyustonun meri Annis Parker sammit iştirakçılarını salamladı və çıxışında qadınlar üçün təhsilin rolunu xüsusi vurğuladı.

Tədbirdə həmçinin ABŞ Konqresinin Alabama ştatından olan üzvü Terri Syuel, “Nation Waste Inc” şirkətinin prezidenti Mariya Rios, “ROC United” şirkətinin həmtəsisçisi Saru Cayaraman və Amerika korporasiyalarının digər rəhbərləri iştirak ediblər. Sammitdə Azərbaycanı Hyuston Azərbaycan Mərkəzinin direktoru, Hyuston-Bakı Qardaşlaşan Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova təmsil edib.


Teqlər:





Xəbər lenti