MTN və Ədliyyə nazirliyi birgə əməliyyat keçirdi
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayonunun Hacıselli kəndi ərazisində bir ədəd "AKSU" markalı, 5,45 kalibrli Kalaşnikov avtomatı, ona məxsus bir ədəd sandıqça və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Teqlər: