Tədbir Heydər Əliyev Fondunun dəstəyilə baş tutub.
Fotosərgi eksponatları ilə tanışlıqdan sonra qonaqlar Azərbaycana səfər zamanı İkinci İsrail telekanalının jurnalistləri tərəfindən çəkilmiş sənədli filmə baxıblar.
Azərbaycan mədəniyyət mərkəzinin direktoru Yeganə Salman Azərbaycan və İsrail arasındakı tarixi və mədəni əlaqələri, iki insanın münasibətlərinə bənzətdi: “İki insan bir-biri haqqında nə qədər çox bilir, səmimi ünsiyyət, dostluq əlaqələrində olurlarsa, yüzlərlə keçmiş Azərbaycan vətəndaşlarını birləşdirən "Aziz" (İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası-red.) də öz fəaliyyətində məhz bu prinsipi rəhbər tutur”.
Kiryat Qat şəhər merin vəzifəsini icra edən Yakov İfraimov, əslən Qafqazlı olduğunu vurğulayaraq Azərbaycanın gözəl və mehriban qonşuluq və tolerantlıq ənənələrindən danışdı: “Azərbaycan əsrlər boyu çox millətli ölkə olub. Bu məmləkətdə azərbaycanlılarla yanaşı, yəhudilər, ruslar, ermənilər və digər millətin nümayəndələri yaşayır. Ən önəmlisi də Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olublar".
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, tədbirin Kiryat Qat şəhərində keçirilməsində göstərdiyi yardıma görə Yakov İfraimova minnətdarlığını bildirərək ona qədim Azərbaycan mədəniyyətinin simvolizəsi - üç milli musiqi alətinin ehtiva edən hədiyyə bağışladı.
Daha sonra yaradıcılıq yolu Azərbaycanda başlayıb İsraildə davam edən ziyalılar - İsrail Yazıçılar Birliyinin üzvləri, şairlər Mixail Salman və Şaul Siman Tov, müğənni Maksim və Pnina Yaskovanın rəhbərliyi ilə "Oynayan incə" rəqs ansamblının iştirakı qonaqlar tərəfindən səmimi qarşılanıb.
Qeyd edək ki, bənzər tədbirlər silsiləsi il ərzində İsrailin 10-12 şəhərində keçiriləcək. Zaman etibarilə hələlik dəqiq olan isə aprel ayında "Azərbaycan - tolerantlıq ərazisi" adlı fotosərginin İsrailin şimal bölgəsində yerləşən Neşer şəhərində , may ayında isə Tirat Karmel şəhərində açılacağıdır.
Sevda Babayeva
AzVision.az üçün