Zabitimiz siçan dərmanından zəhərlənib
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Rəhimov Əlisahib Əlibakkov oğlunun siçan dərmanından zəhərləndiyi bəlli olub.
Xatırladaq ki, hadisə martın 21-də Zaqatalada yerləşən sərhəd qoşunları N saylı hərbi hissəsində baş verib. Əvvəl 22 yaşlı Rəhimov Əlisahib Əlibakkov oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan onu Bakı şəhər toksikologiya mərkəzinə göndərmişdilər.