Prezident pakistanlı həmkarını təbrik etdi

Prezident pakistanlı həmkarını təbrik etdi
  22 Mart 2014    Oxunub:1401
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, məktubda deyilir.

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 mart 2014-cü il.


Teqlər:





Xəbər lenti