Qonaqlar üçün səfirlik əməkdaşları xanımlarının və diaspor üzvlərinin səyi ilə zəngin Azərbaycan süfrəsi açılıb. Milli geyimli uşaqların hazırladığı konsert proqramı, milli rəqslər, "Tıq-tıq xanım" tamaşası bayrama xüsusi rəng qatıb. Novruz haqqında viktorina və xonça müsabiqəsi də mərasim iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
Səfirliyin həyətində qalanan kiçik Novruz tonqalı da bayramın ayrılmaz atributlarından biri kimi hər kəsdə, xüsusən də bütün həyatını Macarıstanda yaşayan həmvətənlərimiz arasında sevinc və ruh yüksəkliyi yaradıb.
Hazırda Budapeştdə silsilə konsert proqramları ilə çıxış edən tanınmış pianoçu, Azərbaycanın xalq artisti Yeganə Axundovanın ustalıqla ifa etdiyi musiqi parçaları bayram mərasiminə xüsusi yaraşıq verib.