Metronun dağıdılan keçidləri təmir olunur
AzVision.az-ın məlumatına görə, artıq bir neçə stansiyaların giriş hissəsində təmir briqadaları tərəfindən bərpa işləri həyata keçirilir.
“Netçilər” stansiyasının girişində artıq ötən gündən etibarən divarlar ağardılır. “Nərimanov” və digər stansiyalarda isə işıqlandırma sistemləri yenidən qurulur.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva AzVision.az-a açıqlamasında isə bildirib ki, stansiyalardan hansı bərbad gündədirsə, həmin yerlərdə təmir işləri aparılacaq.
O, təmirin nə vaxt sona çatacağından məlumatsız olduğunu qeyd edib.
Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb. Ümumilikdə isə Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülüb.
Sevinc İltifatqızı