Tağı Əhmədovla bağlı göstəriş verildi

Tağı Əhmədovla bağlı göstəriş verildi
  27 Mart 2014    Oxunub:1228
Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun adı qurumun rəsmi səhifəsindən çıxarılacaq.
Bunu AzVision.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. Onun sözlərinə görə, bununla bağlı artıq texniki işçilərə göstəriş verilib və Tağı Əhmədovun adı qurumun saytındakı struktur bölməsindən çıxarılacaq və yeni rəis Zaur Hüseynov haqqında məlumat yerləşdiriləcək.

Qeyd edək ki, bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb və Zaur Hüseynov rəis təyin edilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti