Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq
Azərbaycan rayonlarında martın 28-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə martın 28-də Abşeron yarımadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
AzVision.az