Sabah bəzi rayonlarda su olmayacaq
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, “H.Z.Tağıyev adına Su Kəmərləri” İdarəsinin 1 saylı nasos stansiyasında yenidənqurma işlərinin aparılması ilə əlaqədar magistral xətlə içməli suyun verilməsi dayandırılır.
Bununla əlaqədar martın 28-dən 24 saat müddətinə H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt stansiyası, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeron rayonunun Qobustan, Çaylı, Pirəküşkül, Nübar və Binəqədi rayonunun 28 May yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzVision.az
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Teqlər: