Prezident türkmən həmkarını Azərbaycana dəvət etdi
AzVision.az xəbər verir ki, prezidentlər telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Ölkə başçıları bu əlaqələrin uzunmüddətli və qarşılıqlı maraqlara söykəndiyini vurğulayıblar.
Bundan əlavə prezident İlham Əliyev həmkarının Novruz bayramını da təbrik edib.
Ölkə başçısı Berdimuhəmmədovu Azərbaycana dəvət edib və o da bu dəvəti məmnuniyyətlə qəbul edib. Bu səfərin nə vaxt baş tutacağı isə diplomatik nümayəndəliklər tərəfindən müəyyənləşdiriləcək.
Fatimə Kərimli