Sınaq imtahanlarının vaxtı və yeri

Sınaq imtahanlarının vaxtı və yeri
  28 Mart 2014    Oxunub:1196
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavrlar üçün sınaq imtahanlarına start verib.
Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq ötən gündən etibarən sınaq imtahanlarına yazılış başlayıb. Ümumilikdə 4 əsas sınaq imtahanın keçirilməsi planlaşdırılır.

İlk sınaq imtahanı isə aprelin 6-də keçiriləcək. İkinci sınaq imtahanı aprelin 20, üçüncü aprelin 27, sonuncu imtahan isə iyunun 1-də keçiriləcək.

Məlumat üçün bildirək ki, TQDK hər il qəbul imtahanları ərəfəsində Bakı, Naxçıvan, Sumqayıt, həmçinin bölgə mərkəzlərində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir.

Bu linkə daxil olaraq, sınaq imtahanlarının yerini və vaxtını öyrənə bilərsiniz.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti