Hava kəskin soyuyacaq

Hava kəskin soyuyacaq
  29 Mart 2014    Oxunub:991
Azərbaycanda sabah hava şəraiti kəskin dəyişəcək, bu gecə Bakının bəzi ərazilərində isə sulu qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən AzVision.az-a verilən məlumata görə, sabah martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti