“Şəhidlər xiyabanı” yenidən qurulacaq
AzVision.az xəbər verir ki, abidənin memarı Vaqif Nəzərov qeyd etdi ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə beşguşəli ulduz formasında hazırlanmış, müstəqillik dövründə isə səkkizguşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılmışdır. Adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni abidənin yaradılacağına görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.
Teqlər: