Füzuli İHB kəndlilərlə görüşdü

Füzuli İHB kəndlilərlə görüşdü
  29 Mart 2014    Oxunub:1083
Füzuli rayonunun Bala Bəhmənli kəndində görüş.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə Füzuli rayon rəhbərliyinin Bala Bəhmənli kəndində sakinlərlə görüşü keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələrinin rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdiyi görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq və abadlıq işlərindən danışılmışdır. Qeyd olundu ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yaxından öyrənilməsinə, araşdırılmasına və operativ həllinə imkan verir.

Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti