Meriyadan Müsavatla bağlı AÇIQLAMA

Meriyadan Müsavatla bağlı AÇIQLAMA
  31 Mart 2014    Oxunub:1000
“Müsavat partiyasının qurultayla bağlı müraciətinə cavab hələ hazır deyil”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı deyib. O vurğulayıb ki, cavabın nə vaxt hazır olacağı dəqiq məlum deyil, amma cavab veriləcək.


Qeyd edək ki, Müsavat Partiyası fevralın 11-i qurultay üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlauyıb. Müraciətdə partiyanın mayın 24-də keçirilməsi planlaşdırılan qurultayı üçün 800-1000 nəfərlik müvafiq zal ayrılsın.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti