Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin mayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutudur.
Qeyd edək ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin açılış mərasimdə iştirak etmişdilər.
AzVision.az Quba Soyqırımı Memorial Kompleksindən fotoları və videonu təqdim edir:
AzVision.az