Gülər Əhmədovaya ailəsi ilə görüşə icazə verilib

Gülər Əhmədovaya ailəsi ilə görüşə icazə verilib
  01 Aprel 2014    Oxunub:1069
Xəbər verdiyimiz kimi, bu gün Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. Prosesdə eks-deputat özü iştirak etməsə də məhkəmə onun kassasiya şikayətini qismən təmin edib. Qərara əsasən, Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.
Bundan əlavə sabiq deputata ailəsi ilə görüşə icazə verilib. Eks-millət vəkilinin həyat yoldaşı Fikrət Əhmədov AzVision.az-a açıqlamasında qanun çərçivəsində övladların görüşünə icazə verildiyini qeyd edib.

“Hazırda Gülər Əhmədovanın səhhəti yaxşıdır. Qanun çərçivəsində onunla görüşürük”.

Qeyd edək ki, keçmiş deputatın vəkili Əfsər Talıbov bundan öncəki açıqlamalarında G.Əhmədovaya ailəsi ilə görüşə icazə verilmədiyini bildirirdi.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti