Qadın məktəb direktorlarının sayı açıqlandı - ÖZƏL
Bu barədə Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hazırda ölkə üzrə qadın məktəb direktorlarının sayı 1169 nəfərdir.
Ümumilikdə isə statistik göstəricilərə görə, kişi məktəb direktorları say etibarı ilə qadınlara nisbətən üstünlük təşkil edir.
Təhsil Nazirliyindən həmçinin bildirilib ki, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Ötən il üzrə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi də məhz qadınlar olub.
Sevinc İltifatqızı