Bakıda törədilən qətllə bağlı rəsmi açıqlama
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Sevinc Hacıyevanın martın 29-da saat 23 radələrində Yasəmən Sarıyeva ilə aralarında yaranmış şəxsi münaqişə zəminində qadın corabı ilə sonuncunu boğaraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
S.Hacıyevaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzVision.az