Millət vəkili qaçqınların müdafiəsinə qalxdı

Millət vəkili qaçqınların müdafiəsinə qalxdı
  02 Aprel 2014    Oxunub:1013
"Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm".
AzVision.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə həmkarı Etibar Hüseynovun qaçqınlarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, vurğulayıb ki, parlament üzvü bu cür çıxış etməməlidir: "Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ( "ac-yalavac", "təhsiliz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir.

Bakı bütün azərbaycan xalqının şəhəridir, Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, oun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olubdur. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir.

Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır".


Teqlər:  





Xəbər lenti