Tikinti şirkətindəki korrupsiya ilə bağlı açıqlama
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aparılmış istintaqla adıçəkilən MTK-larda müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxsin həmin kooperativlərin Xətai rayonu ərazisində inşa etdiyi yaşayış binalarının sakinlərindən mənzillərində peyk antenaları quraşdırılacağı adı altında yalandan vəd verib ümumilikdə 19 min 178 manat məbləğində vəsaiti alıb ələ keçirməsində, habelə həmin MTK-lar tərəfindən inşa edilən yaşayış binalarından 36 mənzili ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi ümumilikdə 1 milyon 566 min 511 manat məbləğində özgənin külli miqdarda əmlakını mənimsəməsində və digər qanunsuzluqlara yol verib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 179.3.2-ci (mənimsəmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq dövründə 1 milyon 360 min 689 manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Teqlər: