Elmar Məmmədyarov türkmən həmkarını qəbul edib

Elmar Məmmədyarov türkmən həmkarını qəbul edib
  03 Aprel 2014    Oxunub:872
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunmuş və siyasi, iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti