İlham Əliyev baş direktoru qəbul edib

İlham Əliyev baş direktoru qəbul edib
  02 Aprel 2013    Oxunub:1207
Prezident İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq və dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına da müsbət təsir edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında siyasi və iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyən Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğuladı.

Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti